Şahin İmranov: “Məni yarımfinalda gərgin döyüş gözləyir”
19.08.2008 - 17:57
Növbəti döyüşün nəticəsindən asılı olmayaraq, minimum bürünc medalı təmin edən boks millimizin kapitanı köhnə zədəsinin hələ də onu narahat etdiyini bildirib: “Düzdü, zədəli qolumda hələ də ağrılar var. Bu səbəbdən zərbələri ehtiyatla vururam. Yarımfinal döyüşünədək bu problemi yoluna qoymağa çalışacağam. Məni fransalı boksçu ilə gərgin döyüş gözləyir. Əvvəlcədən bir söz demək istəmirəm. Amma bu döyüşdə də var gücümü qoyacağam”.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0