Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında İngiltərəni məğlub edib
20.08.2008 - 12:27
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Mərsin şəhərində təşkil olunan 16 yaşadək şahmatçıların Ümumdünya Olimpiadasında IV turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası hesabat turunu qələbə ilə başa vurub. İngiltərə ilə qarşılaşan yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib. Hesabında 10 xal olan və 7-ci pillədəki mövqeyini qoruyan komandamız bu gün V tur çərçivəsində Gürcüstanı sınağa çəkəcək. Qeyd edək ki, 10 turdan ibarət olan və avqustun 24-də başa çatacaq olimpiadanın mükafatları uğrunda 26 komanda mübarizə aparır.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0