Milli komandamız Türkiyədən öndə
11.08.2009 - 23:00
Azərbaycan qılıncoynadanları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurlu nəticə göstəriblər. Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa qatılan həmvətənlərimizdən Səbinə Mikina qızıl, Sevil Bünyadova gümüş, Aidə Ələsgərova və Sevinc Bünyadova isə bürünc medal qazanıblar. İdmançılarımız bu nəticə ilə komanda yarışlarında birinci yeri tutublar. Türkiyə ikinci, Gürcüstan isə üçüncü olub.
Kişilərin mübarizəsində Samir Məmmədov gümüş medalla kifayətlənib. Qızıl medala türkiyəli Ərdağan Qızıldar, bürünc medala isə gürcü Beka Bazadze sahib çıxıb.
Kişilərin mübarizəsində Samir Məmmədov gümüş medalla kifayətlənib. Qızıl medala türkiyəli Ərdağan Qızıldar, bürünc medala isə gürcü Beka Bazadze sahib çıxıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0