Məşhur promouteri güllələdilər - FOTO
26.08.2009 - 13:05
Məşhur promouter Əhməd Önər dünən Almaniyanın Hamburq şəhərində güllələnib. Apasport.az saytının məlumatına görə, Əhməd almaniyalı həmkarları ilə danışıqlardan sonra binadan çıxarkən, qəflətən iki şəxs ona atəş açıb. Güllələrdən biri promouterin sol ayağına dəyib. Lakin o, binaya qaçıb, polis çağırmağa müvəffəq olub. Elə bu vaxt cinayətkarlar hadisə yerindən qaçıblar.
Bir neçə saatdan sonra Önər yerli xəstəxanalardan birində cərrahiyyə əməliyyatına məruz qalıb. Əməliyyat nəticəsində onun ayağından gülləni çıxarmaq mümkün olub. Əhməd əməliyyatdan sonra jurnalistlərlə söhbətində ona qarşı hücumun planlaşdırılmış olduğunu söyləyib.
“İndi özümü yaxşı hiss edirəm. Hücum haqqında onu deyə bilərəm ki, uğur olan yerdə, paxıllıq da var. Fikrimcə, bu, mənim rəqiblərim tərəfindən planlaşdırılmışdı. Əvvəllər də mənə hücum ediblər. Lakin ilk dəfə idi ki, məni güdürdülər və qaranlıqdan atəş açırdılar. Buna baxmayaraq, nəzərdə tutduğum bütün işləri həyata keçirəcəyimi bəyan edirəm” - deyə promouter vurğulayıb.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0