4 qızıl və 2 bürünc medal
15.03.2010 - 09:48
Belarusda üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışda iştirak edən komandalarımız ümumilikdə 4 qızıl və 2 bürünc medal qazanıb.
Medallardan 3-nü (2 qızıl, 1 bürünc) qadınlardan ibarət yığmamız əldə edib. Olesya Zamula (63 kq) və Nadya Sementsova (67 kq) birinci, Gözəl Zutova (63 kq) isə 3-cü yeri tutub. Bu turnirlə bərabər Minskdə yeniyetmə güləşçilər arasında “Medvejonok” turniri də təşkil edilib. Komandamız yeniyetmələrin yarışında da 2 qızıl və 1 bürünc medala sahib olub. Kəmalə Əliyeva (49 kq) və Patimat Baqomedova (52 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Aydan Səfərli (46 kq) isə bürünc medalla kifayətlənib.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0