Daha bir taekvondoçunuz olimpiadada iştirak edə bilər
16.03.2010 - 13:05
Meksikanın Tuxuana şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Aydın Bəhmalova 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak hüququ verilə bilər. Bu haqda Lent.az-a gənclərdən ibarət yığmamızın baş məşqçisi Gündüz Abdullayev məlumat verib.
Bəhmalov 78 kq-dan yuxarı çəki dərəcəsində dünya çempionu olsa da, elə həmin şəhərdə baş tutan təsnifat turnirində olimpiadaya lisenziya qazana bilməyib. Əvəzində onun finalda yendiyi İordaniya taekvondoçusu Yazan Əl-Sadiq təsnifat turnirində 73 kq-dan yuxarı çəkidə qızıl medala sahib olub və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Abdullayevin sözlərinə görə, məhz bu məqamla əlaqədar Ümumdünya Taekvondo Federasiyası Bəhmalova 12 – 16 avqustda keçiriləcək Sinqapur olimpiadasında iştirak hüququ verə bilər. Yekun qərar isə olimpiadaya bir neçə ay qalmış veriləcək.
Qeyd edək ki, təsnifat turnirində Azərbaycanın yalnız 1 taekvondoçusu – Səbuhi İsmayılzadə (73 kq) Sinqapur olimpiadasına lisenziya qazanıb.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0