Azərbaycan şahmatçısı erməni ilə üz-üzə
19.03.2010 - 11:08
Fransanın Nitsa şəhərində təşkil olunan 19-cu “Amber” yarışında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi Vüqar Həşimov bu dəfə də inamlı təsir bağışlayıb. O, rusiyalı Aleksandr Qrişukdan 2 oyuna 1,5 xal alıb. Gözübağlı partiyada qalib müəyyənləşməyib. Sürətli şahmatda isə Vüqar rəqibinə qalib gəlib.
Hazırda Həşimov gözübağlı oyunda 2,5 xalla 5-9-cu pillələri bölüşdürür. Sürətli şahmatda da eyni xala malik həmvətənimiz 6-cı yerdədir. Ümumi hesabda isə o, 5 xalla 7-ci sıraya sahib çıxıb.
Bu gün Vüqar VI turda ermənistanlı Levon Aronyanla qarşılaşacaq. 11 turdan ibarət yarış martın 25-də yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 216 min avrodur.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0