İdmançı finişə çatdı, dünyasını dəyişdi
22.03.2010 - 11:52
Keniyada yüngül atletika yarışında faciə baş verib. Apasport.az saytının məlumatına görə, Afrika ölkəsinin Nieri şəhərində keçirilən yarışda çıxış edən Peter İsaboke Moqere dünyasını dəyişib. O, 5000 metrə qaçışda finişə çatandan dərhal sonra həyatla vidalaşıb. Peterin həyatını xilas etməyə çalışan digər idmançılar onu təcili xəstəxanaya göndərib. Ancaq orada da özünə gəlməyən Moqere vəfat edib.
Qeyd edək ki, Peter 10 000 metrə qaçışda 2007-ci ildə dünya çempionatının finalçısı olan Files Onroqinin böyük qardaşıdır.
Qeyd edək ki, Peter 10 000 metrə qaçışda 2007-ci ildə dünya çempionatının finalçısı olan Files Onroqinin böyük qardaşıdır.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0