Türkiyə, Rusiya, Özbəkistan, İran və Gürcüstan yığmaları Bakıda
05.04.2010 - 10:45
Sabah paytaxtımızda Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Bakı Baş İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov xatirəsinə həsr olunan sayca 33-cü beynəlxalq Bakı turnirində Azərbaycan idmançıları ilə bərabər, Türkiyə, Rusiya, Özbəkistan, İran və Gürcüstan cüdoçuları da mübarizə aparacaqlar. 200-ə yaxın yeniyetmənin qüvvəsini sınayacağı yarışın sabah saat 16:30 rəsmi açılış mərasimi olacaq.
Bakı İdman Sarayında keçiriləcək turnir 2 gün davam edəcək.
Bakı İdman Sarayında keçiriləcək turnir 2 gün davam edəcək.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0