“Azərbaycan təcrübəsi unikaldır”
07.04.2010 - 09:38
Rusiyanın keçmiş prezidenti Vladimir Putinin Milli Olimpiya Komitəsinə (MOK) rəhbərlik etməsi müzakirə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, Vankuver Olimpiadasındakı uğursuz çıxışdan sonra MOK-dan istefa verən Leonid Tyaqaçov xələfi kimi Putini görmək istəyir.
Qurumun fəxri prezidenti Vitali Smirnov isə buna münasibət bildirərək, Azərbaycan modelini xatırladıb: “Azərbaycan və Belarus kimi ölkələrdə prezidentin MOK-a rəhbərlik etməsi təcrübəsi unikaldır. Lakin düşünmürəm ki, Putinin Olimpiya Komitəsinin işləri ilə məşğul olmağa vaxtı olsun. Düzdür, o enerjilidir və işləməyi sevən insandır. Amma bu həmin yol deyil. Təkcə fəal işləmək yox, həm də hər yerdə olmaq lazımdır.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti dövlət başçısı İlham Əliyevdir. Belarusda da MOK-a ölkə rəhbəri Aleksandr Lukaşenko başçılıq edir.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0