Olimpiya mükafatçılarımız yığmadan kənarda qaldı
08.04.2010 - 13:07
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə keçiriləcək Avropa çempionatında ikiqat qitə çempionu, Pekin-2008-in gümüş mükafatçısı Rövşən Bayramov (55 kq) və Olimpiadada ikinci olmuş, 2005-ci ildə Avropada fəxri kürsünün ən yüksək pilləsini fəth etmiş Vitali Rəhimov (60 kq) iştirak etməyəcəklər.
Əvəzində baş məşqçi Elçin Cəfərov heyətə Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Fərid Mansurov (66 kq), Elvin Mürsəliyev (74 kq), Şalva Qadabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Müslüm Müslümovü (120 kq) cəlb edib.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0