“Səkkizlik” “altılıq” oldu
10.04.2010 - 14:55
Güləşçilərin Olimpiya Oyunlarına lisenziya qazanmaq qaydalarında dəyişiklik edilib. Bu barədə Avropa çempionatı ilə bağlı “Ekselsior” oteldə keçirilən mətbuat konfransında FİLA-nın prezidenti Rafael Martinetti açıqlama verib. Apasport.az saytının məlumatına görə, bundan sonra Olimpiya Oyunlarından əvvəl keçiriləcək dünya çempionatında ilk 8 yeri tutanlar deyil, “altılıq”da qərarlaşacaq idmançılar ən möhtəşəm yarışa lisenziya qazanacaqlar. Digər vəsiqələrin sahibləri isə qitələrarası çempionatlarda müəyyənləşəcək. Bu turnirlərdə lisenziyası olanlar və olmayanlar mümkün qədər bir-biri ilə qarşılaşmayacaq və ya bu sonda nəzərə alınacaq.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0