Dünya birinciliyinə qatılmaq üçün 33 ölkə Bakıya gəlib
19.04.2010 - 10:41
Boks üzrə gənclər arasında Bakıda keçiriləcək dünya birinciliyində iştirak etmək üçün 33 ölkə artıq ölkəmizə gəlib. Bu barədə apasport.az saytına Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev məlumat verib.
Abıyev bildirib ki, yarışa qatılacaq digər ölkələr də Bakıya gəlməyə hazırlaşırlar: “İslandiyada baş verən vulkan püskürməsi nəticəsində Avropa ölkələrində təyyarə reysləri bərpa edilməlidir. Bunun üçün biz bir neçə komandanın gəlişini gözləyirik. AİBA prezidenti isə Bakıda aprelin 22-də olacaq”.
Xatırladaq ki, dünya birinciliyi əvvəlcədən nəzərdə tutulduğu kimi, aprelin 23-də deyil, iki gün sonra start götürəcək.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0