Milli komandamız Avropa çempionatından 5 medalla qayıdır
19.04.2010 - 23:04
Yunanıstanın Salonik şəhərində yeniyetmələr və gənclər arasında keçirilən sambo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması yarışda 5 medal qazanıb.
Yeniyetmələrin yarışında Pərviz Novruzov (56 kq) gümüş, Mikayıl Orucov (70 kq ) bürünc medala sahib çıxıb.
Gənclərin mübarizəsində Vüqar Məmmədov (62 kq) qızıl, Hüseyn Eyvazzadə (48 kq) və Heydər Haşımov (52 kq) bürünc medalla kifayətlənib.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0