Ermənistan yığması bu gün Bakıya gəlir
20.04.2010 - 10:53
Boks üzrə Bakıda keçiriləcək dünya birinciliyinə komandaların gəlişi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Ermənistan yığmasının paytaxtımızda olacağı gözlənilir.
Ermənistan mətbuatının yazdığına görə, Gürcüstanda təlim-məşq toplanışını başa vuran komanda Bakıya aprelin 20-də yollanacaq. Amma bu tarixin dəyişəcəyi də istisna olunmur.
Xatırladaq ki, aprelin 25-də start götürəcək dünya birinciliyinə ermənilər 6-sı boksçu olmaqla, 13 nəfərlik heyətlə gələcəklər.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0