Avropa çempionatında 42 ölkədən 260 boksçu
03.06.2010 - 12:46
İyunun 4-13-də Moskvada təşkil ediləcək boks üzrə Avropa çempionatında iştirakçı ölkələrin sayı dəqiqləşib. Yarışda 42 ölkənin 260 boksçusu rinqə çıxacaq. Apasport.az saytının məlumatına görə, bunu çempionata hazırlıqla bağlı keçirilən mətbuat konfransında Rusiya Boks Federasiyasının prezidenti Boris İvanyujenkov bildirib.
Yarışın gedişində heç bir problemin ortaya çıxmayacağını qeyd edən federasiya rəsmisi Avropa çempionatının yüksək səviyyədə keçəcəyini bildirib.
Qeyd edək ki, Rusiyada keçiriləcək yarışda Azərbaycan komandası tam heyətlə təmsil olunacaq. Burada ölkəmizin idman şərəfini Elvin Məmişzadə (48 kq), Məhəmməd Abdulhəmidov (51 kq), İlkin Ağayev (54 kq), Heybətulla Hacıəliyev (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Ramazan Məhəmmədov (81 kq), Rəşad Abdullayev (91 kq) və Fərid Paşayev (+91) qoruyacaqlar.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0