Şimali Koreya yığmasının qapıçısı mundialda oynaya bilməz
03.06.2010 - 14:19
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Şimali Koreya yığmasının qapıçısı ilə bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, şimali koreyalılar uzun fasilədən sonra vəsiqə qazandığı mundiala yalnız 2 qapıçı sifariş etmişdi ki, bu da reqlamentə ziddir. Məsələ ondadır ki, final mərhələsinə çıxan hər bir yığma FİFA-ya göndərdiyi 23 nəfərdən ibarət iştirak ərizəsində mütləq 3 qapıçı göstərməlidir. Ancaq dünya ali futbol qurumu Şimali Koreyasına istisna edərək, hücumçusu Kim Myon-Vonu qapıçı kimi sifariş etməyə icazə verib. İndi problem ondadır ki, FİFA-nın xüsusi göstərişinə əsasən yığma Kimin xidmətindən sahə oyunçusu kimi istifadə edə bilməz. Buna görə də hücumçu mundialda ən yaxşı halda qapıda dura bilər.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0