Əlcəzair yığmasına qoyulan mükafat açıqlandı
04.06.2010 - 09:43
Dünya çempionatının CAR-da keçiriləcək final mərhələsində çıxış edəcək əlcəzairli futbolçular yaxşı qazanc əldə edə bilər. Apasport.az saytının məlumatına görə, afrikalıların qrup səddini arxada qoyacağı vaxt əldə edəcəyi mükafatın məbləği açıqlanıb. C qrupunda İngiltərə, ABŞ və Sloveniya yığmaları ilə mübarizə aparacaq Əlcəzair millisi 1/8 finala vəsiqə qazanarsa, hər oyunçusu 120 min avro mükafat alacaq. Yığmanın CAR-a uçuşu ərəfəsində futbolçulara vəd olunan mükafatın məbləğini yerli futbol federasiyasının prezidenti Məhəmməd Rauraya açıqlayıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0