Hər qol üçün 106 min avro!
04.06.2010 - 10:45
Cənubi Afrika Respublikası yığmasının futbolçuları DÇ-2010-da hər qola görə böyük məbləğdə mükafat alacaq. Apasport.az saytının məlumatına görə, təşkilatçı ölkənin oyunçuları mundialda vurduqları hər qol üçün 1 milyon rand alacaq ki, bu da 106 min avro deməkdir. Həmin pulun futbolçular arasında bölünməsi nəzərdə tutulub. Bunun üçün yeganə şərt odur ki, qola görə pul yalnız yığma qrupdan çıxacağı halda veriləcək. Qeyd edək ki, CAR A qrupunda Fransa, Meksika və Uruqvay yığmaları ilə yer alıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0