Gimnastlarımız beynəlxalq turnirdən bürünclə qayıdır
04.06.2010 - 12:11
Almaniyada akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanı Eldar Hüseynov və Cəmilə İbrahimli qarışıq cütlüyü təmsil edib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin yetirmələri kifayət qədər uğurlu çıxış ediblər və kombinələşmiş hərəkətin yekunları üzrə 3-cü yeri tutublar.
Azərbaycan cütlüyü yalnız ev sahibləri və rusiyalı duetdən geri qalıblar.
Bu arada, altı azərbaycanlı akrobat "Dünya səviyyəli gimnast" fəxri adına layiq görülüb. Müvafiq sənədi Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuhler imzalayıb.
Öz idman uğurlarına görə Avropa çempionları olan qadın cütlüklər arasında belə yüksək şərəfə Ayla Əhmədova və Dilarə Sultanova, eləcə də, əvvəllər kişilərdən ibarət qrupun tərkibində olan Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədov layiq görülüblər.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0