Azərbaycan idmançıları Qran-Pri turnirində heç kimə güzəştə getmədilər
05.06.2010 - 09:41
Tiflisdə atçılıq üzrə keçirilən Qafqaz liqası çərçivəsində Dünya Kubokunun təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan çaparları üçün uğurlu olub.
Belə ki, Gürcüstanda kubokun son günündə Qran-Pri yarışları baş tutub və Günay atçılıq məktəbini təmsil edən Krostefer Freyzer qızıl medala layiq görülüb. İkinci yeri “Maya” ləqəbli atla “Sərhədçi”nin yetirməsi Rəşad Səmədov tutub. İlk “üçlüy”ü də onun komanda yoldaşı Rahib İsmayılov qapayıb.
Qeyd edək ki, yarışda 4 ölkənin atçıları qüvvələrini sınayıblar.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0