Didye Droqba dünya çempionatında oynamayacaq - FOTO
05.06.2010 - 10:43
Dünya çempionatı öncəsi Kot d’İvuar yığması aparıcı oyunçusunu itirib. Apasport.az saytının məlumatına görə, İsveçrədə Yaponiya ilə keçirilən yoldaşlıq matçının (2:0) 15-ci dəqiqəsində Didye Droqba zədələnərək, mundialda iştirak etmək şansından mərhum olub. O, rəqib futbolçu Tulio Tanaka ilə mübarizədə xəsarət alaraq, 2 dəqiqə yerdə qalıb. Həkimlərin müayinəsindən sonra “Çelsi”nin ulduz futbolçusunun sağ qolunda çat olduğu üzə çıxıb.
Yaponiya ilə oyundan sonra Droqbanın zədələnməsinə afrikalıların baş məşqçisi Sven-Qoran Eriksson münasibət bildirib. Tanınmış mütəxəssis yapon futbolçunun bu hərəkəti bilərəkdən etmədiyi qənaətindədir: “Futbol – bu gərgin mübarizəni sevən oyundur. Fikrimcə, yaponiyalı futbolçu Droqbaya qəsdən zədə yetirmədi. Mən isə kapitanımızı itirdiyimizə görə çox təəssüflənirəm. Dünyanın ən yaxşı futbolçuları sırasında yer alan Droqbanın komandaya kömək etməməsi çətin olacaq”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0