Avropa Kubokunda qazancımız 3 medal oldu
07.06.2010 - 09:12
Avstriyanın Leybnits şəhərində gənclər arasında keçirilən Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Fərhad Məmmədov və Azər Şıxəliyevn rəhbərliyi altında 9 cüdoçu ilə qüvvəsini sınayan Azərbaycan yığması 3 medala sahib olub.
Belə ki, idmançılarımızdan Şahin Qəhrəmanov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mirzə Əsgərov finala kimi irəliləsə də, həlledici mərhələdə məğlub olaraq gümüş medalla kifayətlənib. Komandamıza bürünc medalı isə Elsevər Sadıqzadə (55 kq) qazandırıb.
Qeyd edək ki, komandamızın üzvləri təlim-məşq toplanışında iştirak etdikdən sonra vətənə qayıdacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0