Dünya çempionatı əvəzinə kenquruların vətəninə
07.06.2010 - 13:52
Dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sifariş vərəqlərində daha bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, FİFA Avstraliya yığmasının qapıçılarından birini dəyişməklə bağlı xahişini müsbət dəyərləndirib.
Məsələ ondadır ki, yaşıl qitə təmsilçisinin futbolçusu Bred Cins ailə üzvlərindən biri xəstələndiyi üçün yığmanın düşərgəsini tərk edərək, vətəninə yollanıb. Qapıçının mundialın keçirildiyi CAR-dan kenqurular diyarına yollanması avstraliyalıları əl-ayağa salıb. Yığma rəhbərliyi təcili olaraq Eugen Qalekoviçi düşərgəyə dəvət edib. FİFA-nın razılığı ilə iştirak ərizəsində Consu məhz o əvəz edib.
Qeyd edək ki, Bredə qədər Con Obi Mikel Nigeriya yığmasının heyətindən çıxarılmışdı.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0