Messinin fanatlarını mundiala buraxmadılar
07.06.2010 - 15:50
Argentina milli komandasının 10 azarkeşi CAR-dan deportasiya olunur. Apasport.az saytının məlumatına görə, 4 gündən sonra start götürən dünya çempionatının final mərhələsini izləmək üçün Afrikaya yollanan fanatların mundialı izləmək arzusu gözündə qalıb.
Yohannesburqun hava limanında saxlanılan qonaqlar CAR-a Anqoladan gələn reyslə yetişsələr də, polislərdən gizlənə bilməyiblər. Futbol stadionlarındakı hərəkətlərinə görə vaxtilə məsuliyyətə cəlb olunmuş, adları qara siyahıda olan cənubi amerikalıları yerli polislə yanaşı, fəaliyyət göstərən Argentinadan gələn asayiş keşikçiləri üzə çıxarıb. Lionel Messi və komanda yoldaşlarının pərəstişkarları olan fanatlar artıq sabahkı reyslə Buenos-Ayresə göndəriləcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0