Kriştianu Ronaldoya sataşdılar
07.06.2010 - 16:48
“Mən dünya çempionatındakı bütün oyunlarda qol vuracağam. Qrup mərhələsində həm Braziliya, həm Portuqaliya, həm də Kot d’İvuarın qapısından qol keçirməyi bacaracağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri KXDR yığmasının hücumçusu Yonq Tae Se deyib.
Heç kimin tanımadığı asiyalı futbolçu verdiyi iddialı açıqlama ilə bütün dünyada məşhurlaşmaq qərarına gəlib. Yaponiyanın “Kavasaki” klubunda çıxış edən 26 yaşlı koreyalı daha çox Portuqaliya milli komandasına sataşıb. Tae Se Kriştianu Ronaldonun lideri olduğu yığmanın 1/8 finala həsrət qalacağını bildirib: “1/8 finala Braziliya və KXDR yığmaları çıxacaq”.
Qeyd edək ki, yığmada 22 oyun keçirən Se həqiqətən də yüksək məhsuldarlıq göstərərək 15 qol vurub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0