Favoritlər mundiala darmadağınla gedir
08.06.2010 - 09:27
Dünya çempionatının final mərhələsinə hazırlaşan milli komandaların iştirakı ilə növbəti yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, CAR-da keçiriləcək mundialın favoritlərindən sayılan Braziliya və İngiltərə yığmaları qüvvəsini zəif rəqiblərlə matçlarda sınayıb.
Cənubi amerikalılar 2,5 milyon dollar qarşılığında üz-üzə gəldikləri Tanzaniyanı 5:1 hesabı ilə məğlub ediblər. Robinyo və Ramiresin hərəyə 2, Kakanın 1 qol vurduğu qarşılaşmada afrikalılar yalnız 4 top buraxdıqdan sonra fərqlənə bilib.
İngiltərə yığması isə CAR-ın “Platinium Stars” klubuna “dərs keçib” – 3:0. Yalnız Co Koulun 90 dəqiqə oynadığı görüşdə Fabio Kapello hər hissədə meydan fərqli 10 oyunçu buraxıb. Defo, Co Koul və Runinin qol sevinci yaşadığı matçın 4-cü dəqiqəsində meydan sahibləri penaltidən də yararlana bilməyib.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0