Dünya Kubokuna yollanan taekvondoçularımızın adları açıqlanıb
08.06.2010 - 10:06
Taekvondo üzrə Azərbaycan yığması Dünya Kubokuna Koreyada hazırlaşacaq. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, iyunun 13-15-i arası Koreyaya yollanacaq taekvondoçularımız bu ölkədə 1 ay təlim-məşq toplanışında olacaqlar.
Hazırlığı başa vurduqdan sonra isə yığma komandamız Koreyadan birbaşa Dünya Kubokunun keçiriləcəyi Çinə yola düşəcək. İyulun 17-20-də keçiriləcək Dünya kubokunda Azərbaycanın idman şərəfini 5 idmançı – Samir Aydınov, Vasif Qurbanov (hər ikisi 58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87) qoruyacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0