Mundialın ilk uğursuz hakimi müəyyənləşdi
09.06.2010 - 09:14
DÇ-2010-un daha bir uğursuzu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 11-də CAR-da startı veriləcək mundialın oyunlarını idarə edəcək hakimlərdən biri yarışı buraxmaq məcburiyyətində qalıb. Bu, çilili FİFA referisi Pablo Kuenterosdur. Zədələnərək turniri buraxmalı olan ədalət təmsilçisi kimi onun köməkçiləri – həmyerliləri Patrisio Basualdo və Fransisko Mondria da CAR-a yollanmayacaq. Cəmi 4 gündən sonra keçiriləcək Əlcəzair – Sloveniya görüşünü idarə etməli olacaq çilili briqadanı əvəzləyənlər də müəyyənləşib. Belə ki, oyunu qvatemalalı Lionel Lil idarə edəcək. Ona honduraslılar Riko və Karlos Postrana kömək edəcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0