Nanini Portuqaliya çempionu əvəzlədi
09.06.2010 - 09:23
Portuqaliya yığmasının DÇ-2010-a sifariş etdiyi iştirak ərizəsində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, zədə üzündən mundialı buraxmalı olan “Mançester Yunayted” klubunun hücuma meylli yarımmüdafiəçisi Nani əvəzləyən futbolçu müəyyənləşib. Bu, son Portuqaliya çempionu olan “Benfika” klubunun futbolçusu Ruben Amorimdir. 25 yaşlı yarımmüdafiəçi bu gün yığmanın düşərgəsinə gələcək. Həkimlər turnirə hazırlıq çərçivəsində çiynindən zədə alan 23 yaşlı Nanini sıraya qaytarmağa çalışsa da, son qərar onun evə göndərilməsi olub.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0