Dünya çempionatına yollanan 3 jurnalist soyuldu
09.06.2010 - 12:06
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatını işıqlandırmaq üçün bu ölkəyə gələn 3 idman jurnalisti oteldə xoşagəlməz halla üzləşiblər. Apasport.az saytının məlumatına görə, Portuqaliya və İspaniyadan gələn KİV nümayəndələri Yohannesburqdan 120 km aralıda yerləşən Malalisburqda soyğuna məruz qalıblar. Belə ki, “Marka” və “Expresso”nu təmsil edən həmkarlarımız oteldə yatarkən əllərində tapança olan şəxslər onlara hücum ediblər. Nəticədə oğrulara heç bir müqavimət göstərilməyib.
Jurnalistlərin otağına gələn oğrular onların bütün əşyalarını aparıblar.
Jurnalistlərin otağına gələn oğrular onların bütün əşyalarını aparıblar.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0