Mundialın qalibi İspaniya, ən yaxşı futbolçusu Messi olacaq!
09.06.2010 - 12:45
Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının qalibi İspaniya millisi, ən yaxşı futbolçusu isə Leonel Messi olacaq. Apasport.az saytının məlumatına görə, Argentinanın “El Grafiko” dərgisi final mərhələsində iştirak edən 32 ölkənin jurnalistləri arasında keçirilən səsvermədən sonra bu qənaətə gəlib.
Belə ki, səsvermədə iştirak edən KİV nümayəndələrinin 47,5 faizi kubokun İspaniyaya gedəcəyi qənaətindədirlər. Onlar ikinci yerdə Braziliya (31,4 %), üçüncü yerdə isə Argentina (14,2 %) futbolçularını görürlər.
Ən yaxşı futbolçular sırasında argentinalı Leonel Messi (47,8 %) daha çox səs toplayıb.
Qeyd edək ki, həmkarlarımız çempionatın bombardirini də müəyyənləşdiriblər. Onların fikrincə, rəqib qapıçıları daha çox Ueyn Runi (19,5 %) narahat edəcək.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0