Peledən gülməli proqnoz
10.06.2010 - 16:48
Futbol dünyasının canlı əfsanəsi Pele dünya çempionatı ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə 3 dəfə çempion olmaqla adını tarixə yazdıran braziliyalı mundialda həmyerlilərinin çempionluğuna inanır.
O, Braziliya ilə bərabər İspaniya yığma komandasını güclü hesab etsə də, finalda Avropa təmsilçisinin oynamayacağı qənaətindədir.
Pelenin fikrincə, kubokun sahibi braziliyalılarla Afrika komandası arasında müəyyənləşəcək: “Braziliya və İspaniya milliləri turnirdə güclü heyətə malikdir. Lakin inanıram ki, final qarşılaşmasında Dunqanın komandası ilə hansısa Afrika yığması qarşılaşacaq. Çünki hazırda “qara qitə”nin milliləri inkişafdadır və çempionatda mükəmməl oynayacaqlar”.
Qeyd edək ki, Pele Fabio Kapellonun rəhbərliyi altında İngiltərə millisinin də uğurlu çıxış edəcəyini bildirib.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0