Baş məşqçi Didye Droqba ilə bağlı qərarını verdi
11.06.2010 - 16:34
İyunun 4-də Yaponiya ilə yoldaşlıq matçında zədələnən Didye Droqbanın dünya çempionatında meydana çıxacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kot d’İvuar komandasının lideri ilk oyunda Portuqaliya ilə qarşılaşmada əsas heyətdə yer alacaq. Bu barədə komandanın baş məşqçisi Sven-Qoran Eriksson məlumat verib: “Qrupda ilk oyunumuz əgər bu gün olsa idi, həmin vaxt Droqba meydana çıxmayacaqdı. Lakin portuqaliyalılarla görüşümüz iyunun 15-nə təsadüf edəcək. Bunun üçün çətin günlərimizə son qoymaq üzrəyik. Komandanın lideri yenidən əsas heyətə qayıdır”.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0