“Yeni Zelandiya ilə heç-heçə, biabırçılıqdır!”
21.06.2010 - 10:32
“Yeni Zelandiya ilə oyunda etdiyimiz heç-heçə, sadəcə biabırçılıqdır!” Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının hücumçusu Vinçenso Yakvinta deyib.
DÇ-2010-da hələ ümidləri doğrultmayan italyanlar hər iki oyunu 1:1 hesablı heç-heçə ilə başa vurublar. Son dünya çempionu xüsusilə autsayder Yeni Zelandiyanı məğlub edə bilməməyi ilə tənqid atəşinə tutuldu. İtaliyanı həmin görüşdə məğlubiyyətdən Yakvinta penalti zərbəsi ilə xilas edib: “Biz bu oyunda qələbə qazanmalı idik. Yeni Zelandiyanın yaxşı müdafiəsi var. Biz qələbə topunu vurmağa yaxın idik. Ancaq həmin epizodda Montolivonun zərbəsi dirəkdən qayıtdı. Təəssüf ki, biz heç-heçə oynadıq. Əgər udsaydıq, hər şey başqa cür olacaqdır. Ancaq indi bizi hələ bir oyun gözləyir. Biz irəli başıuca hərəkət etməliyik”.
Qeyd edək ki, İtaliya 1/8 finala çıxmaq üçün son turda Slovakiyanı yenməlidir.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0