“Bəzən elə olur ki…”
22.06.2010 - 09:12
“Hondurasla oyunda mütləq qələbə qazanmalı idik. İndi isə eyni vəzifəni Çiliyə qarşı görüşdə yerinə yetirməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.
Dünya çempionatının final mərhələsində ilk qələbəsini qazanan pireneylilərin çalışdırıcısı Hondurasla görüşdə çoxsaylı qol imkanların qaçırılmasını adi qarşılayır: “Biz yaxşı dərk edirik ki, futbol oynayırıq. Bəzən elə olur ki, çox sayda qol imkanları yaradıb heç birindən istifadə edə bilmirsən. Elə də olur ki, əlinə düşən yeganə şansı qola çevirirsən”.
Qeyd edək ki, İspaniya yığması Hondurası 2:0 hesabı ilə məğlub edib.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0