David Vilya: Penaltini vura bilməməyimə səbəb axtarmayın
22.06.2010 - 09:25
“Penalti zərbəsini vura bilməməyimə dərindən səbəb axtarmayın. Mən sadəcə, hədəfi dəqiq nişan ala bilmədim. Belə zərbələri bütün həyatım boyu məşq edirəm, ancaq bu dəfə boşa verdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya yığmasının futbolçusu David Vilya deyib.
DÇ-2010-un II turunda Hondurasla (2:0) oyunda etdiyi dublla komandasına qələbə qazandıran hücumçu het-trikə də yaxın idi. Ancaq penalti zərbəsini dəqiq vura bilməyən Vilya bununla da mundialda argentinalı həmkarı Qonsalo İquaindən sonra ikinci het-trik müəllifi olmaq şansını əldən verdi: “Hesabda 2:0 irəlidə olduğumuz zaman mənə maneə ola bilən heç bir psixoloji təzyiq yox idi. Komandamızın perspektivi və dünya kuboku qazanmaq şansı haqda danışarkən, ilk növbədə Çili ilə oyunumuzun qaldığını və həmin görüşdə mütləq qələbə qazanmalı olduğumuzu qeyd etmək istəyirəm. Biz hətta sadəcə çempionluq titulu haqda düşünməzdən öncə uzun yol qət etməliyik”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0