Keyruş: 7 qol vursaq da, 3 xal qazandıq
22.06.2010 - 11:18
Portuqaliya yığmasının baş məşqçisi Karluş Keyruş Şimali Koreya üzərində qazanılan böyük hesablı qələbəni yüksək dəyərləndirib. Apasport.az saytının məlumatına görə, asiyalılara 7:0 hesabı ilə qalib gələn portuqaliyalıların çalışdırıcısı bu uğurun davamının gələcəyini bildirib: “Bu qələbə bizə əlavə güc verəcək. Yetirmələrim gözəl oyun nümayiş etdirdilər. 7:0 hesablı qələbə Portuqaliya futbolunda möhtəşəm iz buraxacaq. Ancaq artıq biz bunu tarixə yazaraq, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
Keyruş vurulan qolların baxımlı alındığını deyərək, zarafatla buna görə əlavə xal verilmədiyindən də şikayətlənib: “Rəqib qapısına vurduğumuz qollar gözəl alındı. Lakin biz bunu 7 dəfə təkrarlasaq da, cəmi 3 xala sahib olduq”.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0