Müsahibə istəyirsən? 14 min dollar ödə!
22.06.2010 - 15:35
Dünya çempionatının iştirakçısı olan Çili yığmasının futbolçuları müsahibəni pulla verirlər. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyası mundialda çıxış edən oyunçulardan bir saatlıq müsahibə almaq üçün 14 min dollar qiymət qoyublar. Özü də federasiya yalnız oyundan sonra mətbuat konfransında iştirak edən futbolçulardan müsahibə götürməyi icazə verir. Qurumun mətbuat katibi Klaudio Olmedonun sözlərinə görə, sərt qaydalara baxmayaraq, futbolçularla söhbətləşmək istəyənlərin sayı kifayət qədər çoxdur.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0