Fransa yığmasının futbolçuları puldan imtina etdilər
23.06.2010 - 14:20
Fransa yığmasının futbolçuları dünya çempionatının final mərhələsində iştirak etdikləri üçün alacaqları mükafatlardan imtina ediblər. Apasport.az saytının məlumatına görə, CAR-da uğursuz çıxış etmələrinə baxmayaraq, Raymond Domenekin yetirmələri marketinq fəaliyyətindən əldə olunan gəlirin müəyyən hissəsinə sahib ola bilərdi. Lakin rüsvayçı çıxışla özlərini biabır edən fransalılar buna layiq olmadıqlarını dərk ediblər. Yığmanın kapitanı Patris Evra futbolçuların məsələ ilə bağlı qərara gəldiklərini bildirib: “Biz bonuslardan imtina edirik. Heç bir santim də götürməyəcəyik”.
Qeyd edək ki, mundialda cəmi 1 qol vuran fransalılar üç oyunda 1 xal toplamaqla A qrupunda sonuncu yeri tutublar.
Qeyd edək ki, mundialda cəmi 1 qol vuran fransalılar üç oyunda 1 xal toplamaqla A qrupunda sonuncu yeri tutublar.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0