Maradonanın sirli təsbehi
24.06.2010 - 14:42
Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Argentina yığmasının uğurlu çıxış etməsinin səbəbi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onların qələbələri sıralamasının sirri baş məşqçi Maradonanın hər oyunda əlində tutduğu təsbehdir.
Əfsanəvi futbolçu özü də bunu təsdiqləyib. O, bu təsbehin həmişə ona uğur gətirdiyini və bütün oyunlarda əlində saxlayacağını bildirib.
Maraqlıdır ki, bu təsbehi Maradonaya ötən il dostu Noray Nakis bağışlayıb. Dünya futbolunun canlı əfsanəsi ilə 70-ci illərdə tanış olan Nakis onun narkotikadan əziyyət çəkdiyi vaxtlarda da köməkliyini əsirgəməyib.
Qeyd edək ki, Nakis 35 ildir Argentina Futbol Federasiyasında işləyir və hazırda vitse-prezident vəzifəsində çalışır.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0