“Orta səviyyəli komanda təsiri bağışlayırdıq”
25.06.2010 - 09:24
“Əlbəttə ki, dünya çempionatında ardıcıl 3 qələbə tərifəlayiq haldır. Lakin yetirmələrimdən 100 faiz razı olduğumu deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya milli komandasının baş məşqçisi Bert van Marveyk deyib. CAR-da keçirilən mundialın qrup mərhələsini itkisiz keçən “narıncılar”ın çalışdırıcısı yetirmələrindən heç də razı qalmayıb.
Van Marveyk seçmə mərhələdəki qələbə seriyasının qrup oyunlarında da davam etdirilməsi fonunda problemlərin varlığından narazıdır: “Kamerunla matçda birinci hissədə oyunumuz alındı. Lakin ikinci yarının əvvəllərində orta səviyyəli komanda təsiri bağışlayırdıq. Səliqəsiz və səhvlərlə oynayırdıq. Rəqibə qarşılaşmada dönüş yaratmağa ümid etməsinə şərait yaradırdıq. Yalnız buraxdığımız qoldan sonra futbol oynamağa başladıq. Hətta uduza da bilərdik. İlk iki matçda belə halla üzləşməmişdik”.
Qeyd edək ki, Hollandiya yığması Kamerunla keçirdiyi son oyunda 2:1 hesabı ilə qalıb gəlib.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0