Lippi: Bütün günahları öz üzərimə götürürəm
25.06.2010 - 09:35
“Dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırmağımızın bütün günahlarını öz üzərimə götürürəm. Çünki futbolçular meydana çıxdılar və qələbə üçün oynadılar. Lakin görünür komandanı qarşılaşmaya tam hazırlaya bilməmişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri mundialla vidalaşan dünya çempionları – İtaliya yığma komandasının baş məşqçisi Marçello Lippi deyib.
İtaliyalı mütəxəssis əvvəlki oyunlarda qeydə alınan nəticələrdən sonra yetirmələrində psixoloji gərginliyin yarandığını da etiraf edib: “Növbəti mərhələyə vəsiqə qazanacağımızı fikirləşirdim. Lakin komandada psixoloji gərginlik var idi. Bunun üçün də onlar meydanda əsəbi görünürdülər. Görünür, bu da mənim səhvimdir. Onları lazımınca oyuna kökləyə bilməmişəm. Artıq istirahətə ehtiyacım var. Bir neçə ay dincəldikdən sonra nə etmək lazım olduğu barədə fikirləşəcəyəm”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0