Foqts 2 müdafiəçinin xidmətindən məhrum olub
05.09.2010 - 19:50
Avro-2012-nin seçmə mərhələsində ilk oyununu Almaniya yığmasına qarşı keçirəcək Azərbaycan milli komandası hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Kölndə keçiriləcək qarşılaşmadan 2 gün əvvəl Berti Foqtsun yetirmələrinin açıq məşqi baş tutub.
Almaniyalı mütəxəssis hazırlıq zamanı komandamızın müdafiəçiləri Ruslan Abuşovla Vladimir Levinin xidmətindən məhrum olub. Belə ki, onlar komanda ilə məşq etməyiblər.
Fərdi hazırlıq keçən arxa xətt oyunçularının zədədən əziyyət çəkdikləri ehtimal olunur. Abuşovla Levinin fərdi məşq keçməsi isə onların Almaniyaya qarşı oynamaq şanlarını kölgə altına salıb. Foqts böyük ehtimalla sentyabrın 7-də onları start heyətində meydana buraxmayacaq.
Qeyd edək ki, birisi gün keçiriləcək Almaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0