Yığmamız 200 min dollarlıq yarışda
05.11.2010 - 13:18
Noyabrın 22-də Abu-Dabidə start götürəcək cüdo üzrə Qran-pri yarışının mükafat fondu açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 8 cüdoçu ilə təmsil olunacağı yarışın Təşkilat Komitəsi fərqlənəcək idmançılara 200 min dollar pul ayırıblar.
London-2012-yə lisenziya xarakteri daşıyan Qran-pri turnirində bu mükafatdan 150 min dolları fəxri kürsüdə yer alacaq cüdoçulara çatacaq. Belə ki, yarışın qalibi 300 lisenziya xalı ilə bərabər, 5 min dollara sahib olacaq. Gümüş mükafatçının 3 min, bürünc mükafatçının 1,5 min dollar qazanacağı turnirin ən yaxşısı 30 min dollarla vətəninə qayıdacaq.
Qeyd edək ki, Qran-pri 3 gün davam edəcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0