Azərbaycan çempionatında 4-cü tura yekun vurulub
25.10.2024 - 12:49
Azərbaycan çempionatında 4-cü tura yekun vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü tura yekun vurulub.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Qalaksi" böyükhesablı qələbə qazanıb. "Çinar Zəngilan" isə bu dəfə "Altay Füzuli" ilə bərabərə qalıb.

Əvvəlki gündə isə "Birbaşa Bakı" "Bakı145" (5:1), "Zirə" "Laçın"ı (5:2), "Göyçə" "Atəşgah Suraxanı"nı (8:3), "Star Bakı" "Şamaxı"nı (6:3) məğlub edib.

Azərbaycan çempionatı.

IV tur

24 oktyabr

"Çinar Zəngilan" - "Altay Füzuli" 2:2
"AzNur" - "Sumqayıt" 1:1
"Siyəzən" - "Qalaksi" 1:6

0