Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində təşkil olunacaq gənclər arasında Avropa Kubokunda çıxış edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, yarışda ölkəmizi 3 çəki dərəsində 9 qadın cüdoçu təmsil edəcək.
Qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Fəridə Mirzəyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (hər ikisi 52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (hər ikisi 57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Aprelin 13-14-də keçiriləcək Avropa Kubokunda 21 ölkədən 420 idmançı iştirak edəcək.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb