Azərbaycan Kubokunun yarımfinal matçlarının vaxtı məlum olub
22.04.2024 - 12:51

Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb.
Apasport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki qarşılaşma aprelin 25-də baş tutacaq.
İlk olaraq saat 15:00-da “Neftçi” İK və “Baku Fire” kollektivləri güclünü müəyyənləşdirəcəklər. 18:00-da isə “Araz Naxçıvan” – PFL görüşü baş tutacaq.
Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.
0
0