Çingiz Hüseynzadə: "Sürpriz idman növləri üçün lisenziya şanslarımız davam edir"
23.04.2024 - 11:01
"Paris Olimpiya Oyunlarına sürpriz idman növləri üçün lisenziya şansları davam edir".
Apasport.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib:
"Artıq sürpriz idman növlərindən biri batut gimnastikası üzrə 1 lisenziya var.
Bundan əlavə, qızlardan ibarət 3x3 basketbol növündə idmançılarımız Parisə yollanacaq.
İlk dəfədir ki, qızlardan ibarət cüdoçularımız Olimpiya Oyunlarında 3 idmançı ilə təmsil olunacaq.
Artıq yeni idman növlərində təmsil olunacayıq, amma sürpriz növlər üçün şanslar davam edir".
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
1
0