
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasında dəyişiklik edə bilər.
Apasport.az saytına verilən məlumata görə, 26 yaşlı hücumçu hazırkı klubu “Motor”dan ayrılmağı planlaşdırır.
Belə ki, millimizin forvardı komandada əsas forvard olacağını ehtimal etdiyi üçün “Motor”la müqavilə imzalayıb. O, daha az şans gördüyü üçün qışda ən pis halda başqa kluba icarəyə yollanmağı düşünür.
Lakin Polşa klubunun baş məşqçisi Mateuş Stolarskinin Renata daha çox güvənməsi onun fikrini dəyişə bilər. Bu baş verməyəcəyi təqdirdə, Dadaşov daha çox stabil olaraq, əsas heyətdə oynayacağı kluba keçməyə üstünlük verəcək.
Əlavə edək ki, forvardın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Ayntraxt” (Frankfurt), “Eştoril”, “Pakoş Ferreyra”, “Vulverhempton”, “Qrasshoppers”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak” klublarında çıxış edib.